Avropa Komissiyası Macarıstanın 13 milyardını kəsəcək- Ukraynaya görə

Ukraynaya yardım məqsədi ilə Avropa Komissiyası noyabrın sonuna qədər Macarıstan üçün nəzərdə tutulan təxminən 13 milyard avro maliyyə vəsaitini ləğv edə bilər.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Nəşr qeyd edir ki, bu yolla Brüssel Macarıstan Baş naziri Viktor Orbandan Ukraynaya əhəmiyyətli maliyyə yardımı üçün dəstək almağa ümid edir.

Ötən ilin dekabrında Aİ Macarıstanın Avropa birlik fondlarından alacağı 22 milyard avronu dondurmuşdu.

Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri Orbanın mövqeyi əksər Qərb ölkələrinin mövqeyindən fərqlənir. O, dəfələrlə Qərbin sanksiyalarını tənqid edib, Ukraynaya silah ötürməkdən imtina edib və Kiyevə yardım ayrılmasına qarşı çıxıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.