70-dən çox Azərbaycan vətəndaşı İsraildən Bakıya yola salınıb

12-13 oktyabr tarixlərində Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyi və Azərbaycan Hava Yollarının @azalofficial birgə əməkdaşlığı çərçivəsində 72 nəfər Azərbaycan vətəndaşı və Azərbaycan əsilli İsrail vətəndaşları Mahaçqala, Dubay şəhərləri üzərindən və birbaşa reys vasitəsilə Bakı şəhərinə yola salınıb.

Bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.