Rusiya Şimali Koreyadan silah-sursat alıb?- Kremldən ABŞ-ın iddialarına CAVAB

“Qərb kəşfiyyat xidmətləri əsassız olaraq Rusiyanı Şimali Koreyadan sursat almaqda ittiham edirlər”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Bu, təkcə Britaniya kəşfiyyatı deyil, həm də ABŞ kəşfiyyatıdır. Onlar həmişə bu barədə heç bir sübut təqdim etmədən danışırlar”, – Peskov bildirib.

Peskov qeyd edib ki, Moskva Şimali Koreya ilə qarşılıqlı faydalı əlaqələri inkişaf etdirməyə davam edəcək. Onun sözlərinə görə, bu, Rusiya prezidenti Vladimir Putinin “Vostoçnıy” kosmodromunda KXDR lideri Kim Çen Inla görüşündə əsas müzakirə mövzularından biri olub.

“Bu bizim suveren hüququmuzdur və biz hesab etmirik ki, kimsə buna qarışmaq hüququna malikdir”, – Peskov bildirib.

Vaşinqton iddia edir ki, Pxenyan Ukraynada müharibəni davam etdirmək üçün Moskvaya 1000 konteynerdən çox hərbi texnika və sursat tədarük edib. Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi hesab edir ki, Kim Çen In çox güman ki, bunun müqabilində Rusiyadan müasir hərbi texnologiya almaq istəyir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.