İsrail hava qüvvələrinin Qəzzada “Əl Əhli Ərəb” xəstəxanasına hava zərbələri nəticəsində azı 500 nəfər həlak olub.
Azpost.info bildirir ki, bu barədə “Əl-Cəzirə” Qəzza zolağının Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.
“Xəstəxanada yüzlərlə xəstə və yaralı, eləcə də İsrailin digər hücumları nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan insanlar müalicə alırdı”, – deyə məlumatda bildirilir.
Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, Fələstin prezidenti Mahmud Abbas xəstəxanasının bombalaması ilə əlaqədar üç günlük matəm elan edib.
