Hər il qəbul imtahanlarından sonra ən layiqli tələbələr Prezident təqaüdünə layiq görülürlər. Biz bu gənclərin uğurlu gələcəyini gözləyirik.
Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadə bildirib ki, 600 baldan yuxarı nəticə göstərən abituriyentlərə hər il imtahanlardan sonra anket paylanılaraq fikirləri öyrənilir: “Bu anketlə onların gələcək planları ilə əlaqədar sosial sorğu keçiririk. Lakin ilk dəfədir ki, Prezident təqaüdü verildikdən 20 il sonra real nəticələri gördük. 20 il əvvəl Prezident bəyan edəndə ki, qara qızılı insan kapitalına çevirəcəyik, bu bir şüar kimi qəbul olunurdu. Amma indi bu, reallıqdır. 20 il əvvəl ali təhsil alan insanlar karyeralarını qura biliblər. Onların hər biri müxtəlif sosial təbəqələrdən olan insanlardır”.