Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Nə dediyimi yaxşı bilirəm…” –

User 26 Oktyabr 2023 - 17:03 (Last updated: 21 May 2025 - 20:15)
psixoloq

Ötən gün ARB telekanalında yayımlanan “Gün sonu” verilişində psixoloq Əfsanə Rüstəmova səsləndirdiyi fikirlərlə gündəm olub.

Onun “Emosional ehtiyacı ödənməyən qadının boşanmağa hüquqi haqqı var. 3000 manatlıq telefona emosional ehtiyacım varsa, həyat yoldaşım onu ya almalıdır, ya da boşanmalıdır. İmtina şansım var” fikri hər kəsin marağına səbəb olub və geniş müzakirələrə yol açıb.

Oxu.Az-ın əməkdaşı psixoloq Əfsanə Rüstəmova ilə danışıb.

O, xəbəri olmadan məşhurlaşdığını qeyd edib:

“Dayanmadan zənglər gəlir. Xəbərim olmadan məşhur olduğumu hiss edirəm. Səsləndirdiyim fikirlərin mənfi və müsbət olmasından asılı olmayaraq, nə dediyimi yaxşı bilirəm. Hər zaman ağlım başımda olduğu üçün doğru cümlələr qururam. Dediyim fikir kiminsə tərəfindən yanlış anlaşılıbsa, onun anlama üsulu ilə mənim ifadə üsulum fərqlidir.
Mənim üslubumu hər kəs başa düşə bilməz. Üslubumdakı ironiya və alt mənaları bilə bilməzlər. Məhdud çalışmanı xoşlayıram. İnsanlar belə müzakirələr aparmağı sevirlər. Nə xoş mənə ki, onlara müzakirə üçün mövzu vermişəm”.

Ə.Rüstəmova problemin rəqəmdə olduğunu dilə gətirib:

“İki kitab oxumuş insan yaxşı başa düşərdi. Əgər sən qarşı tərəfin cibini və gücünü bilirsənsə, yenə də ondan, misal üçün, verə bilməyəcəyi halda 3 000 manatlıq telefon istəyirsənsə, burada problem başqadır. Tərəflər bir-birilərinə uyğun deyillər. Əsas məsələ odur. İnsanların o qədər maddi çətinliyi var ki, rəqəm dilə gətirmək onları qıcıqlandırır”.

“Rəqəm deməməliydim, lakin dedim. Düşünürəm ki, hər kəs çəkinmədən, qorxmadan fikirlərini ifadə etməlidir. Düzdür, kimsə bunu şou xarakterli edir. Burada mənim narahat olacağım bir məqam yoxdur”, – deyə Ə.Rüstəmova fikrini tamamlayıb.

Post navigation

Previous: Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var
Next: Azad edilmiş ərazilərə səfər etmək üçün yaş məhdudiyyəti aradan qaldırılıb

Oxşar xəbərlər

gemi
  • Sosial

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb

User 23 Oktyabr 2026 - 14:23
aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00

xƏBƏR

gemi
  • Sosial

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb

User 23 Oktyabr 2026 - 14:23
Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu ticarət gəmisi batıb. “novinite.com”un xəbərinə görə, “Xoriv” (Khoryv) adlı gəmi...
Read more about Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb
Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ yasil enerji esas
  • Baş Yazı

Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ

User 23 Oktyabr 2026 - 14:19
80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar” tramp cixis
  • Dünya

80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”

User 23 Oktyabr 2026 - 14:08
“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49
“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı hindistan xin
  • Dünya

“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı

User 23 Oktyabr 2026 - 13:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.