İranın şərqindəki Cənubi Xorasan əyalətində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 196 min insanın yaşadığı Bircənd şəhərindən 94 kilometr cənub-şərqdə yerləşib.
Zəlzələ ocağı yerin 10 kilometr dərinliyində yerləşir.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.