Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Aİ Macarıstanı Rusiya ilə təmaslara görə təcrid edə bilər”

User 27 Oktyabr 2023 - 11:05 (Last updated: 21 May 2025 - 20:15)
thumbs_b_c_aed4908c98f293f643335a585e7840c1

Macarıstan – baş nazir Viktor Orbanın “teatral” davranışı və onun anti-Rusiya sanksiyaları məsələsindəki mövqeyinə görə Avropa İttifaqından getdikcə daha çox təcrid olunur.

Azpost.info xəbər verir ki, “The Guardian” bunu yüksək rütbəli avropalı diplomatların bəyanatlarına istinadən yazır.

Nəşr qeyd edir ki, Avropa İttifaqı Budapeştə etibar edilə biləcəyinə şübhə etməyə başlayıb. Belə ki, Viktor Orbanla Rusiya prezidenti Vladimir Putinin görüşü avropalı siyasətçilər arasında xüsusi diskomfort yaradıb. Diplomatların fikrincə, Budapeştin Rusiya və Çinlə yaxşı münasibətlərə dəstək verməsi Qərb alyansının ümumi mövqeyinə uyğun gəlmir və müəyyən mənada ona ziyan vurur.

Eyni zamanda, macar analitiklər hesab edirlər ki, Orban özü üçün Qərblə Şərq arasında əlaqə rolunu seçib.

“Political Capital” tədqiqat institutunun direktoru Peter Kreko bildirib ki, indiki geosiyasi reallıqda bunun mümkün olmadığına dair getdikcə aydın işarələrə baxmayaraq, Orban hər iki istiqamətdə əlaqələrin faydalarını maksimum dərəcədə artırmaq istəyirdi.

Avropa İttifaqı yaxın vaxtlarda Macarıstana qarşı bir sıra məhdudiyyətlər tətbiq edə bilər. Bəzi siyasətçilər isə hesab edirlər ki, Orban son nəticədə Qərb üçün əlverişli seçim edir.

Viktor Orban daha əvvəl bəyan etmişdi ki, Macarıstan Rusiya ilə münasibətləri saxlayan yeganə Avropa ölkəsi olaraq qalır. Onun sözlərinə görə, ölkə Moskvaya qarşı mövqeyi ilə fəxr edir. Ukraynadakı münaqişəyə gəlincə, Orban Budapeştin regionda sülhün əldə olunmasına kömək etmək istədiyini deyib.

Azpost.info

 

Post navigation

Previous: Qəzaların çoxu sürücülərin telefondan istifadəsinə görə baş verir
Next: Si Cinpinin əsas rəqibi qəfildən ölüb

Oxşar xəbərlər

tramp tebessum
  • Dünya

Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama

User 23 Oktyabr 2026 - 11:46
putin uitkoff
  • Dünya

ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri

User 23 Oktyabr 2026 - 11:37
iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42

xƏBƏR

BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
Azərbaycanda 2027-ci ilin dövlət büdcəsi üzrə xərclərin 42,4 milyard manat, gəlirlərin isə 39,234 milyard manat olması proqnozlaşdırılır....
Read more about 2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL
Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama tramp tebessum
  • Dünya

Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama

User 23 Oktyabr 2026 - 11:46
ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri putin uitkoff
  • Dünya

ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri

User 23 Oktyabr 2026 - 11:37
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.