Dağıstan üzrə İstintaq Komitəsi Mahaçqala hava limanında yaranmış vəziyyətlə bağlı cinayət işi açıb.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsi məlumat yayıb.
“Mahaçqala hava limanındakı iğtişaşların bütün iştirakçıları milli ədavət, qarşıdurma yaratmaq maddəsi ilə məsuliyyətə cəlb olunacaqlar”, – deyə bildirilib.