“Dağıstanda baş verənlər planlı təxribatın nəticəsidir”- RUSİYA XİN

“Mahaçqala hava limanında baş verən kütləvi iğtişaş Ukrayna rusofobları tərəfindən həyata keçirilən planlı təxribatın nəticəsidir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, bu aksiyanın təşəbbüskarları ölkədə daxili siyasi sabitliyi pozmaq üçün əvvəllər dəfələrlə ekstremist və terrorçu üsullara əl atmış şəxslər olub.

“Növbəti dağıdıcı aksiyanın həyata keçirilməsində birbaşa və əsas rol kriminal Kiyev rejiminə həvalə edilib. O da öz növbəsində orada məskunlaşan bədnam rusofobların əli ilə hərəkət edib”, – Zaxarova deyib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.