Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Ceyhun Bayramov Berbokun Şuşa və Xankəndini ikinci adla adlandırmasına etiraz edib

User 04 Noyabr 2023 - 22:20 (Last updated: 21 May 2025 - 20:15)
ceyhun

Annalena Berbokun Azərbaycanın ərazi bütövlüyünə dəstəklə bağlı mesajlarını yüksək dəyərləndirirəm. Ancaq xanım nazir Şuşa və Xankəndinin adını çəkərkən bu şəhərlərlə bağlı ikinci adlar da çəkdi.

Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbokla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Ceyhun Bayramov deyib ki, hər suveren ölkənin ərazisindəki adlar BMT-nin müvafiq komitəsinə təqdim olunub və həmin coğrafi adlar çəkilməlidir: “Həmin reyestrdə Almaniya XİN başçısının istifadə etdiyi ikinci adlar mövcud deyil. Nazirin Azərbaycanın suverenliyinə hörmətlə yanaşmasını istərdim”.

Xarici işlər naziri qeyd edib ki, Azərbaycanın ərazisində suverenliyinə ciddi təhdid mənbəyi olan qanunsuz silahlı birləşmələrə qarşı əməliyyat keçirmək hüququ var: “Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini gözləməklə bunu edib”.

Ceyhun Bayramov nəzərə çatdırıb ki, Almaniya XİN başçısının Ermənistanda Qarabağdan gedən insanlarla görüşməsi normal qarşılanır: “Ancaq Azərbaycanda Ermənistandan köçən azərbaycanlıların sayı 10 dəfə çoxdur. Nazir o insanlarla görüşsə, daha çox məlumat əldə edə bilərdi”.

Annalena Berbok isə qeyd edib ki, bu gün Ermənistandan köçən azərbaycanlılarla da görüşüb: “Yəni hər iki ölkədən köçmüş insanlarla görüşmüşəm”.

Qeyd edək ki, Almaniya XİN başçısı mətbuat konfransında Şuşa ilə bərabər “Şuşi”, Xankəndi ilə bərabər “Stepanakert” adlarını işlədib.

Post navigation

Previous: “Hizbullah” İsrail mövqelərinə hücum edib
Next: Almaniyanın xarici işlər naziri Bakıda yalan bəyanat verib

Oxşar xəbərlər

hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29

xƏBƏR

erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.   AzPost.az
Read more about Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı? maqnit
  • Maraqlı

Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı?

User 30 Oktyabr 2026 - 17:46
Acqarına içilən bu içkilər mədəyə və qanda şəkərə zərər verə bilər cay kofe
  • Maraqlı

Acqarına içilən bu içkilər mədəyə və qanda şəkərə zərər verə bilər

User 30 Oktyabr 2026 - 17:40
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
YAP Təftiş Komissiyasının sədri seçilib ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.