Ukrayna Təhlükəsizlik Xidməti Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirili rəsmən axtarışda olanlar siyahısına salıb.
Azpost.info xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Rus Pravoslav Kilsəsinin rəhbəri Ukraynanın ərazi bütövlüyünə qəsd etmək, həmçinin təcavüzkar müharibə hazırlamaq və aparmaq ittihamı ilə axtarışa verilib. Noyabrın əvvəlində Ukrayna Təhlükəsizlik Xidməti onu üç cinayət maddəsi üzrə qiyabi ittiham edib. Söhbət Ukraynanın ərazi bütövlüyünə qəsddən, silahlı münaqişənin başlanmasından və ona dəstəkdən gedir”, – məlumatda deyilir.
Böyük Britaniya, Kanada və Ukrayna Patriarxın müharibəyə fəal dəstəyinə görə ona qarşı sanksiyalar tətbiq edib. O, həmçinin Çexiya milli sanksiya siyahısına daxil edilən ilk rus olub və Litvaya girişi də qadağan edilib.
Avropa Komissiyası Rus Pravoslav Kilsəsinin rəhbərinə qarşı Aİ səviyyəsində məhdudiyyətlər tətbiq etməyi təklif etdi, lakin Macarıstan bu təşəbbüsün qarşısını aldı.
Azpost.info