Moskva və Kiyev arasında müharibədən sonrakı dövrün təşkili ilə bağlı əldə olunacaq razılaşmalar Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də onun təhlükəsizlik təminatlarına hörmət etməlidir”.
Azpost.info-nun məlumatına görə, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib.
Uitkoff bu fikirləri Əbu-Dabidə Ukrayna və Avropa nümayəndələrinin, həmçinin NATO və Avropa Komissiyasının təmsilçilərinin iştirakı ilə keçirilən görüşdə səsləndirib.
Bu görüş Rusiya, Ukrayna və ABŞ arasında Əbu-Dabidə çərşənbə axşamı səhər başlayan üçtərəfli danışıqlardan əvvəl baş tutub. Danışıqların iki gün davam edəcəyi gözlənilir. Reuters agentliyinin məlumatına görə, Uitkoff bildirib ki, görüş iştirakçıları Ukraynada müharibə başa çatdıqdan sonra Avropanın mövcud təhlükəsizlik institutlarının və sazişlərinin necə inkişaf etdirilməsi məsələsini müzakirə ediblər.
Onun sözlərinə görə, müharibədən sonrakı dövrdə təhlükəsizlik problemlərinin həlli və yeni münaqişələrin yaranması riskinin azaldılması “əsas əhəmiyyət daşıyır”.
