İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində İsrail kəşfiyyat agentliyi “Mossad”ın agenti kimi tanınan şəxs edam edilib.
Azpost.info xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
“Həmin şəxs xarici xidmətlərlə, o cümlədən “Mossad”la əlaqə saxlayıb, məxfi məlumatlar toplayıb və şəriklərinin iştirakı ilə sənədləri xarici xidmətlərə, o cümlədən “Mossad”a təqdim edib”, – məlumatda deyilir.
Edam hökmü bu gün səhər saatlarında Zahedan həbsxanasında icra olunub.
Agentlik edam edilən şəxsin adını açıqlamayıb.
Azpost.info