Yaponiya zəlzələdən zərər çəkənlərə 32 milyon dollar ayıracaq

Yaponiya hökuməti ölkədə baş verən son zəlzələlərdən zərər çəkənlərə yardım üçün 32,7 milyon dollar ayıracaq.

Azpost.info xəbər verir ki, bunu Yaponiyanın maliyyə naziri Syuiniti Sudzuki bildirib.

“Biz ehtiyacı olan yerli sakinlərə kömək etməliyik. Vəsait ilk növbədə zəruri malların – içməli su, ərzaq məhsulları, qaz sobaları və yanacağın alınmasına yönəldiləcək”, – nazir deyib.

Yaxın vaxtlarda hökumət həmçinin zəlzələlər nəticəsində evlərini itirənlər üçün yeni evlərin tikintisinə sərf olunacaq təcili maliyyə yardımı paketini də razılaşdıracaq.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.