Pentaqon xəstəxanada olan ABŞ müdafiə nazirinin son durumunu açıqlayıb

“ABŞ müdafiə naziri Lloyd Ostin artıq sağalıb və tezliklə işə qayıdacaq”.

Azpost.info xəbər verir ki, bu barədə məlumat Pentaqonun saytında dərc olunub.

“Sağaldığım üçün çox şadam və tezliklə Pentaqona qayıdacağam”, – Ostin özü bildirib.

NBC telekanalının məlumatına görə, nazir dörd gün intensiv terapiya şöbəsində qalıb.

Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, Ostin xəstəxanada ola-ola yanvarın 5-i axşamdan vəzifəsinin icrasına başlayıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.