Sabah hava necə olacaq?- PROQNOZ

Azərbaycanda yanvarın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, səhər şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 5-8°, gündüz 9-12° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacağı ehtimalı var.

Əvvəlki məqalə

Pentaqon xəstəxanada olan ABŞ müdafiə nazirinin son durumunu açıqlayıb

Sonrakı məqalə

Aygün Bəylərin cənazəsini Bakıya gətirəcək təyyarə yola düşür