Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Bakıda COP29 çərçivəsində dini liderlərin sammiti keçiriləcək

User 10 Fevral 2024 - 18:05 (Last updated: 21 May 2025 - 20:15)
din samit

Bu il Azərbaycanda keçiriləcək COP29 konfransında BMT dinlərarası pavilyonun və dini liderlər sammitinin keçirilməsi Müsəlman Ağsaqqalları Şurasına (MAŞ) həvalə edilib.

“Report”un məlumatına görə, bununla bağlı Şuranın Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən növbəti iclasında bildirilib.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Müsəlman Ağsaqqalları Şurasının üzvü, Şeyxülislam Allahşükür Paşazadə iştirak edib.

QMİ-dən bildirib ki, tədbir iştirakçıları ötən il Əbu-Dabi şəhərində keçirilən BMT iqlim dəyişikliyi 28-ci çərçivə konfransında (COP28) ilk dəfə təşkil olunmuş dinlərarası pavilyonunda BMT-nin müvafiq qərarı ilə əsas təşkilatçı qismində çıxış edən, eləcə də adı çəkilən konfrans çərçivəsində Vatikan ilə birgə dini liderlərin Sammitini keçirən MAŞ-nın uğurunu xüsusilə qeyd ediblər.

Vurğulanıb ki, bu il Azərbaycanda keçiriləcək növbəti COP29 konfransında da BMT dinlərarası pavilyonun və dini liderlər sammitinin keçirilməsini Müsəlman Ağsaqqalları Şurasına həvalə edib. Bu məsələdə Şeyxülislam Allahşükür Paşazadəyə düşən mühüm rolu xüsusi vurğulayan Şuranın sədri və baş katibi QMİ sədrindən məsələ ilə bağlı Azərbaycan rəhbərliyinə müraciət etməsini, baş katib Məhəmməd Əbdüssəlamın Azərbaycan rəsmilərilə görüşlər keçirmək üçün ölkəmizə səfərini təşkil etməklə bağlı xahiş ediblər.

Şeyxülislam Allahşükür Paşazadə sonuncu BMT iqlim dəyişikliyi konfransında Şuranın dəyərli təcrübə qazandığını, bu təcrübənin Bakıda keçiriləcək COP29 konfransına töhfə verəcəyinə ümid etdiyini, bunun üçün Azərbaycan dövlətinin müvafiq orqanları ilə görüşəcəyini bildirib.

Post navigation

Previous: Sabiq müdafiə naziri Rəhim Qazıyevin qızı vəfat edib
Next: Zelenski Makronla müharibənin gedişatını müzakirə edib

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Milli Məclisin deputatı Aqil Abbas Ağdam və digər işğaldan azad edilmiş ərazilərdə yeni tikilən evlərin bölgüsü zamanı...
Read more about “Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib salyan mekteb
  • Kriminal

Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib

User 30 Oktyabr 2026 - 12:54
ABŞ-da təyyarə pilotları 10 metrlik UNO gördülər – Obyekt 1 kilometr yuxarıda uçurdu uno
  • Maraqlı

ABŞ-da təyyarə pilotları 10 metrlik UNO gördülər – Obyekt 1 kilometr yuxarıda uçurdu

User 30 Oktyabr 2026 - 12:40
Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.