Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
aqil abbas

Milli Məclisin deputatı Aqil Abbas Ağdam və digər işğaldan azad edilmiş ərazilərdə yeni tikilən evlərin bölgüsü zamanı vaxtilə başqa rayonlara köçmüş, lakin əslən həmin ərazilərdən olan şəxslərin də nəzərə alınmasını təklif edib. Spiker Sahibə Qafarova isə deputatın məsələni qanun layihəsinin müzakirəsi zamanı gündəmə gətirməsinə etiraz edib.

Aqil Abbas parlamentdə çıxışı zamanı Ağdamdan olan bir sıra şəxslərin məcburi köçkün statusu daşımadıqları üçün doğma yurdlarında tikilən evlərdən yararlana bilmədiklərini bildirib.

Deputat qeyd edib ki, onun atasının Ağdam şəhərinin mərkəzində altıotaqlı evi və səkkiz sot torpaq sahəsi olub. Buna baxmayaraq, ailə üzvlərinə yeni tikilən evlərdən ayrılmır.

“Deməli, mən Ağdamda atamın yurdunda bina tikirlər, amma buradan mənə ev düşmür. Deməli, mən gedib Ağdamdan öz cibimin puluna ev almalıyam. Niyə?”,- deputat deyib.

Aqil Abbas bildirib ki, özü 1970-ci ildən Bakıda yaşayır və məcburi köçkün statusu daşımır. Onun sözlərinə görə, iş və ailə vəziyyəti ilə əlaqədar başqa rayonlarda qeydiyyata düşən Ağdam sakinlərinin də bir qismi bu səbəbdən doğma yurdlarına qayıdış zamanı ev ala bilmir.

Deputatın sözlərinə görə, eyni vəziyyət onun qardaşları və bacıları, eləcə də digər Ağdam və Füzuli sakinləri ilə bağlı da yaşanır.

“Bu dəqiqə Ağdamda böyük tikinti gedir, təkcə Ağdamda, Füzulidə, hər yerdə. Adam gedir, rəyi açılır. İlk əvvəl köçürülər, təbii ki, zirzəmidə yaşayanlar, sonra həyat şəraiti, məişət şəraiti yaxşı olmayanlar köçürülür. Bunu alqışlayıram. Amma məsələ nədir?” – deputat bildirib.

Aqil Abbas vurğulayıb ki, vaxtilə iş və ailə səbəbindən başqa rayonlarda məskunlaşan şəxslərin qeydiyyatının dəyişməsi onların doğma torpaqlarında ev almaq imkanına təsir etməməlidir. O, qaçqın və məcburi köçkün statusu ilə bağlı məsələyə yenidən baxılmasını istəyib.

“Bu məsələyə baxılsın. İndi Ağdamda yüz minlik şəhər tikilir. Kim köçür oraya? Təxminən 10 min Ağdamlının Ağdama qeydiyyatı yoxdur, gediblər başqa rayonlarda vəzifə ilə bağlı, işlə bağlı”, – deyə deputat əlavə edib.

Spiker Sahibə Qafarova isə Aqil Abbasın çıxışına etiraz edib. O, deputatdan ev verilməyən şəxslərin siyahısını hazırlamağı istəyib və Ağdamda görülən işlərə kölgə salınmamasını vurğulayıb.

“Siz deyirsiniz ki, Ağdamlılara söz vermişəm, o bir siyahını xahiş edirəm tərtib eləyin ki, kimə verməyiblər. Niyə bu qədər ləkə salırsınız? Bu qədər iş görülür. Ağdamlılar köçməyəndə kim köçür? Hardan gətirirlər, hansı ölkədən gətirib ora məskunlaşdırırlar onları?” – Sahibə Qafarova bildirib.

Spiker qeyd edib ki, Aqil Abbas bu məsələni daha əvvəl də parlamentdə qaldırıb və ona həmin vaxt da Ağdamda kimin məskunlaşdırıldığı barədə sual verib.

“Yəni sizin ayrı bir imkanınız yox idi ki, bu məsələni vəkillərlə danışasınız? Bunu qaldırmaq üçün gərək elə bu gün, bu qanun burada müzakirə olunanda deyərdiniz?” – Sahibə Qafarova deputata müraciətində deyib./Anews.az/

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: 2035-ci ildə Ayda insanlar yaşayacaq? – Kosmik evlər və həyat necə olacaq?

Oxşar xəbərlər

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49
qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00

xƏBƏR

sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Lana Zəki Nusseibehin BMT-nin Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyən açıqlaması...
Read more about Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi
“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
2035-ci ildə Ayda insanlar yaşayacaq? – Kosmik evlər və həyat necə olacaq? ayda yaşayiş
  • Maraqlı

2035-ci ildə Ayda insanlar yaşayacaq? – Kosmik evlər və həyat necə olacaq?

User 30 Oktyabr 2026 - 13:23
“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.