Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Sülhlə bağlı Ermənistanla fiziki görüşlərin vacib əhəmiyyəti var –

User 02 Mart 2024 - 21:16 (Last updated: 21 May 2025 - 20:15)
ceyhun

Azərbaycan və Ermənistan arasındakı sülh prosesi üzrə fiziki görüşlərin vacib əhəmiyyəti var.

Bunu Antalya Diplomatiya Forumu çərçivəsində APA-ya Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan heyətlərinin Berlində 28-29 fevral tarixlərində keçirilən görüşündən öncəki 7 ay ərzində sülh müqaviləsi üzrə fiziki danışıqlar keçirilməyib.

“Bundan sonra daha çox mətn üzrə şərhlər, layihələr və tərəflərin bir-birinə onları ötürməsi olub. İstənilən halda bu prosesdə fiziki görüşlərin vacib əhəmiyyəti var. Son zamanlar bu istiqamətdə olan müsbət dinamikanı qeyd edə bilərik. İlk olaraq mən Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Almanya Kanslerinin təşəbbüsü ilə görüşünü qeyd etmək istərdim, hansı ki, bəlli bir fasilədən sonra liderlər arasında bir təmas oldu. Ümumilikdə biz onu (görüşü – red.) müsbət qiymətləndiririk. Və həmin o təmasdan sonra da xarici işlər nazirlərinin də görüşü barədə qərar qəbul olundu”, – nazir deyib.

 

Ceyhun Bayramov erməni həmkarı ilə Berlində baş tutan görüşünü faydalı hesab etdiyini vurğulayıb:

“Burada bizim təklifimiz və qarşı tərəfin də qəbul etdiyi yanaşma ondan ibarət idi ki, bundan öncəki müzakirələrdən fərqli olaraq mətn, konkret maddələr üzrə müzakirələr aparmadıq. Ancaq, bir neçə açıq və tərəflərin razılaşmadığı yanaşmalar var. Və biz əsasən həmin məqamların müzakirəsinə iki günü həsr etdik”.

Nazir Azərbaycan tərəfinin özünün bir sıra gözləntiləri və baxışlarını qarşı tərəfə çatdırdığını deyib.

“Təbii ki, qarşı tərəfin arqumentlərini eşitmək şərti ilə, kifayət qədər intensiv və ətraflı müzakirələr baş tutub. Eyni yanaşmanı da qarşı tərəf çatdırdı. Qeyd etdiyim kimi, deyə bilmərəm ki, bu müzakirələr nəticəsində artıq konkret hər iki tərəf üçün həll yolları əldə olunub. Ancaq vəziyyəti daha yaxşı başa düşmək və növbəti təmaslara əsas yaratmaq üçün ümumilikdə faydalı müzakirələr kimi dəyərləndirirəm. Və tərəflərin də razılığı ondan ibarət oldu ki, təmasları davam etdirmək lazımdır”.

Onun sözlərinə görə, növbəti görüşün tarixi və məkanı hələ ki, razılaşdırılmayıb.

Post navigation

Previous: 1 yaşlı körpə Rəşid –
Next: QHT-lər Alman Şurası və Adenauer Fonduna müraciət edib –

Oxşar xəbərlər

abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.