Nikki Heyli ABŞ-da prezidentlik yarışından geri çəkildiyini açıqlayıb

ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli prezidentlik yarışından geri çəkildiyini açıqlayıb.

Bu barədə “Fox News” telekanalı məlumat yayıb.

“Təşviqat kampaniyasını dayandırmağın vaxtıdır. Peşman deyiləm. Artıq namizəd olmasam da, inandığım şeylər haqqında danışmağı dayandırmayacağam”, – deyə o bildirib.

O, seçicilərini qarşıdan gələn seçkilərdə keçmiş prezident Donald Trampı dəstəkləməyə çağırmayıb.

N.Heylinin yarışdan geri çəkilməsi Trampı prezident seçkilərində Respublikaçılar Partiyasından əsas namizəd edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.