Çingiz Abdullayev qidadan zəhərlənməyib –AQTA açıqlama yaydı

Xalq yazıçısı Çingiz Abdullayev qidadan zəhərlənməyib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqlamasında deyilir.
“Çingiz Abdullayevin zəhərlənmə səbəbi ilə səhhətində problem yaranaraq xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar müvafiq qaydada araşdırılıb.
Araşdırmalar nəticəsində müəyyən olunub ki, Xalq yazıçısının səhhətində yaranan problem qida qəbulu ilə əlaqəli deyil. Bununla bağlı yayılan xəbərləri təkzib edir və bildiririk ki, rəsmi qurumla dəqiqləşdirilmədən bu cür məlumatların yayılması yolverilməzdir”, – məlumatda qeyd olunub.
Yerli mətbuatda bir neçə gün öncə Xalq yazıçı Çingiz Abdullayevin zəhərləndiyinə görə xəstəxanaya yerləşdiriliyi yazılıb və bildirilib ki, o hazırda xəstəxanada müalicəsini davam etidirir.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.