Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Rusiyanın ABŞ-a qarşı məxfi planı var” –

User 18 Aprel 2024 - 14:10 (Last updated: 21 May 2025 - 20:15)
putin susma

Rusiyanın Ukrayna müharibəsindən istifadə edərək  ABŞ-ın hegemonluğunu zəiflətmək və amerikan təsirindən kənar qlobal qayda yaratmaq planları var.

Azpost.info bildirir ki, bunu “The Washington Post” qəzeti  Rusiya XIN-nin məxfi sənədinə istinadən yazıb.

Məqalədə deyilir ki, söhbət “Rusiya Federasiyasının Xarici Siyasət Konsepsiyası” adlı sənədə məxfi əlavədən söhbət gedir.

Avropa kəşfiyyat xidmətlərindən biri tərəfindən qəzetə verilmiş həmin sənəddə deyilir ki, Moskva dost olmayan ölkələrə yanaşmasının dəyişdirilməsini davam etdirməli, Rusiyanın düşmənlərini zəiflətmək üçün onların zəif yerlərini aşkar etməlidir.

Qəzet yazır ki, burada söhbət əslində Moskvanın çoxdan bəri “hibrid müharibə” adlandırdığı konsepsiyanın rəsmi təsdiqindən gedir.

Məqalədə deyilir ki, Rusiya Qərbin Ukraynaya yardımlarını əngəlləməyə, ABŞ və Aİ ölkələrinin daxili siyasətini özünü təcrid və ekstremizmi təbliğ edən kampaniyalarla pozmağa çalışır. Bu da qeyd olunur ki, Rusiya hazırkı qüvvələr balansını dəyişmək məqsədilə Çin, İran və Şimali Koreya ilə daha sıx yaxınlaşmaq istəyir.

Rusiya ümid edir  ki, Qərb özünün qarşıdurma siyasətinin və hegemonçuluq ambisiyalarının gələcəyi olmadığını anlayacaq.

Rusiya XİN qəzetin bu sənədlə bağlı sorğularını şərh etməkdən imtina edib.

Məqalədə deyilir ki, müxbir Rusiya diplomatlarına yaxın təhlilçilərdən biri ilə söhbət edib. Həmin politoloq deyib: “Rusiya ABŞ üçün dünyanın ən müxtəlif regionlarında çətinliklər yarada bilər. Yəni Yaxın Şərqdə, şimal-şərqi Afrikada və hətta Latın Amerikasında”.

Qəzet yazır ki, sözü gedən sənəd və ona məxfi əlavənin hazırlanmasından əvvəl Rusiya politoloqlarına təkliflər üçün müraciət edilmişdi. Məsələn politoloq Vladimir Jarixin təklif edib ki, Moskva Amerikada sağ təmayüllü təcridçi qüvvələrin hakimiyyətə gəlməsinə, Latın Amerikası ölkələrində qeyri-sabitliyə nail olmalı, Avropada isə ABŞ-ın siyasətlərindən narazı partiyalara dəstək verməlidir.

Kremlə verilən təkliflərdən birində deyilir ki, Moskva ABŞ və Çin arasında Tayvana görə münaqişəni qızışdırmalı və beləliklə də Pekinə daha sıx yaxınlaşmalıdır. Jarixin öz təkliflərinə şərh verməsinə dair The Washington Post qəzetinin xahişini rədd edib.

Amma politoloq qəzetə bundan əvvəl verdiyi müsahibədə demişdi: “Düşünürəm ki, ABŞ Rusiya ilə münaqişədə bütün dünyanın – Şimalın və Cənubun onu dəstəkləyəcəyindən əmin idi, amma bunun belə olmadığı üzə çıxdı. Bu onu nümayiş etdirir ki, təkqütblü dünya daha yoxdur. ABŞ bu həqiqətlə barışa bilmir”.

Post navigation

Previous: “Pensiya ödənişində hər hansı bir gecikmə yoxdur” –
Next: Azərbaycan at ətini hansı ölkələrə ixrac edir?

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.