ABŞ Ukrayna üçün 6 milyard dollarlıq silah alacaq- “Politico”

ABŞ Ukraynaya 6 milyard dollara silah və hərbi texnikanın alınması üçün müqavilələr bağlamağa hazırlaşır.

Azpost.info xəbər verir ki, bu barədə “Politico”ya iki ABŞ rəsmisi məlumat verib.

Vəsait ABŞ prezidenti Co Baydenin aprelin 24-də imzaladığı ümumi 61 milyard dollarlıq yardım paketinə daxil ediləcək.

Vaşinqton bu vəsaitdən döyüş təyyarələrində quraşdırılacaq “Patriot” zenit-raket komplekslərinin, artilleriya sursatlarının, pilotsuz təyyarələrin, dronlarla mübarizə üçün silahları sifariş verməyi planlaşdırır.

Bütün bu silahlar Ukraynaya dərhal deyil, bir neçə il ərzində çatacaq. Bu onunla əlaqədardır ki, vəsait Ukraynanın Təhlükəsizliyə Yardım Təşəbbüsü proqramı çərçivəsində ayrılacaq. Bu proqram çərçivəsində ABŞ rəhbərliyi Kiyevin yeni texnika sahib olması üçün müdafiə müəssisələri ilə uzunmüddətli müqavilələr bağlayır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.