Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifələrinin öhdəsindən layiqincə gəldi

Orkhan Ali 26 Aprel 2024 - 11:42 (Last updated: 21 May 2025 - 20:15)
trend_5

2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks həmlə əməliyyatı keçirdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılmış 44 günlük Vətən müharibəsi Ordumuzun tam qələbəsi və ərazi bütövlüyünün təmin edilməsiylə başa çatdı.

Bunu Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimində deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 10 noyabrda imzaladığı birgə bəyanatla atəşkəs rejimi elan edildi.

“Türkiyə və Rusiya Respublikaları arasında imzalanan memoranduma əsasən yaradılmış birgə monitorinq mərkəzi 3 ildən artıq müddət ərzində sülhün təmin olunmasına öz töhfəsini verdi. Birgə fəaliyyət nəticəsində mərkəz öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi.

Azərbaycan Respublikası Qarabağ İqtisadi rayonu üzərində tam nəzarətin bərqərar olunması məqsədiylə 2023-cü ilin sentyabr ayında keçirilmiş anti-terror tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin qalıqları və qeyri-qanuni erməni birləşmələri ölkəmizin ərazisindən tamamilə çıxarıldı. Bu səbəbdən Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”, – deyə o qeyd edib.

Qeyd edək ki, Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb.

2023-cü ilin 19-20 sentyabr antoterror əməliyyatı nəticəsində Azərbaycan suverenliyini bütün ölkə ərazisində bərpa edib. Bununla əlaqədar Rusiya Sülhməramlı Kontingenti bir neçə gün əvvəl Qarabağ bölgəsini tərk etməyə başladığından Birgə Mərkəzin fəaliyyətinə də ehtiyac qalmayıb.

Onu da əlavə edək ki, Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacağı barədə Türkiyə Milli Müdafiə Nazirliyi aprelin 18-də məlumat yaymışdı.

Post navigation

Previous: “Blinkenin Çinə səfəri Pekin və Moskva arasında münasibətləri pozmaq üçündür”
Next: Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05
Azərbaycanda kənd təsərrüfatının təşkili, torpaqlardan istifadə və fermerlərin məhsullarını bazara çıxarması ilə bağlı qaydalar yeni qanunla tənzimlənə...
Read more about Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib -YENİLƏNİB ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib -YENİLƏNİB

User 23 Oktyabr 2026 - 14:58
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb gemi
  • Sosial

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb

User 23 Oktyabr 2026 - 14:23
Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ yasil enerji esas
  • Baş Yazı

Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ

User 23 Oktyabr 2026 - 14:19
80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar” tramp cixis
  • Dünya

80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”

User 23 Oktyabr 2026 - 14:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.