Macarıstan şirkəti “Şahdəniz” layihəsində pay alıb

Macarıstanın MVM şirkətinin “Şahdəniz” layihəsində pay alışı ilə bağlı imzalanan sənəd Azərbaycanın iqtisadi və enerji tərəfdaşlığını daha da gücləndirəcək.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

“Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə Azərbaycan-Macarıstan iqtisadi əlaqələrini gücləndirən birgə layihələr, enerji, nəqliyyat, əczaçılıq sahələrində fəal əməkdaşlıq, macar şirkətlərinin ölkəmizdəki fəaliyyəti və investisiya tərəfdaşlığımızın təşviqi barədə fikirlərimizi bölüşdük.

Macarıstanın MVM şirkətinin “Şahdəniz” layihəsində pay alışı ilə bağlı imzalanan sənəd ölkələrimizin iqtisadi və enerji tərəfdaşlığını daha da gücləndirəcək”, – paylaşımda qeyd olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.