Bu gündən növbədənkənar parlament seçkilərinə start verilir –MSK sədri açıqladı

Mərkəzi Seçki Komissiyası (MSK) bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verəcək.

Bu barədə MSK sədri Məzahir Pənahov Azərbaycan Televiziyasına məlumat verib.

O, bu gün keçirilən iclasın gündəliyini açıqlayıb: “İclasda komissiyaların fəaliyyətə başlaması rəsmiləşdiriləcək, təqvim planı təsdiqlənəcək. Bundan başqa, müraciətlərə baxılması üçün işçi qruplar yaradılacaq. Ondan sonra ehtiyac olarsa, hər gün iclas edəcəyik”.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir