Azərbaycanda ipotekanın orta aylıq məbləği rekord vurub

2019-cu il oktyabrın sonunadək Azərbaycan bankları tərəfindən 9,1 milyon manat məblığində ipoteka krediti verilib.

Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə azdır. Hesabata əsasən, oktyabr ayında banklar tərəfindən verilən kreditlərin təkrar maliyyələşməsinin həcmi 19 milyon manat təşkil edib.

İpoteka və Kredit Zəmanət Fondunun səlahiyyətli bankları tərəfindən verilən kreditlərin orta aylıq məbləği oktyabrda 50,5 min manata bərabər olub ki, bu da Fondun fəaliyyəti dövründə ən yüksək göstərici olub. Ötən ilin oktyabrında bu rəqəm 48,3 min manat təşkil etmişdi. Kreditin verilməsinin ortalama müddəti 281 ay təşkil edib ki, bu da 2018-ci ilin oktyabr ayı ilə müqayisədə dəyişməz qalıb. Orta illik faiz dərəcəsi 6,48 faiz (ötən ilin oktyabrında 6,57 faiz), orta aylıq ödəmə 354,1 manat (ötən ilin oktyabrında 342,3 faiz) təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda güclü qara görə məktəblər bağlandı –

Sonrakı məqalə

Bu gündən növbədənkənar parlament seçkilərinə start verilir –