İraqın Kürdüstan Regionunun başçısı Bərzani COP29-a dəvət edilib

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani COP29-a dəvət edilib.

Bu barədə Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədov “X” platformasında paylaşım edib.

“Bu gün Ərbil şəhərinə səfər çərçivəsində region başçısı cənab Neçirvan Bərzaniyə ünvanlanmış COP29-a dəvət məktubunu region başçısı administrasiyasının rəhbəri Fauzi Həririyə, İKR baş naziri cənab Məsrur Bərzaniyə isə ünvanlanmış dəvət məktubunu regionun xarici əlaqələr departamentinin rəhbəri Safin Dizayiyə təqdim etdim”- səfir qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.