Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb

Milli Məclisin III, IV, V və VI çağırış deputatı Vahid Əhmədov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

O, namizədliyini geri götürüb.

Vahid Əhmədov namizədliyini 59 saylı Quba seçki dairəsindən irəli sürmüşdü.

Qeyd edək ki, Hakim Yeni Azərbaycan Partiyası (YAP) sözügedən dairədən Əlibala Səttar oğlu Məhərrəmzadəni deputatlığa namizəd irəli sürüb.

Qeyd edək ki, Vahid Əhmədov namizədliyinin geri götürülməsi barədə məlumatı “report”a təsdiqləyib. Siyasətçi kifayət qədər yaşının olduğunu, ailəsi və yaxınlarının ona istirahət etməyi tövsiyə etdiyini bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.