“Mənim məqsədim baş nazir kimi fəaliyyətimi sülh sazişinin imzalandığı və ratifikasiya edildiyi şəraitdə başa çatdırmaqdır”.
Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 29-da jurnalistlərlə söhbətində deyib.
“Əgər bu baş verməsə, bunu şəxsi uğursuzluğum hesab edəcəyəm”, – deyə o bildirib.
Paşinyanın sözlərinə görə, hər gün diqqəti sülh gündəliyindən yayındıra biləcək məsələlər ortaya çıxır.
Bununla belə, Ermənistanın baş naziri sülh sazişinin bağlanması və ratifikasiya edilməsi məqsədinə sadiq qalmaq niyyətində olduğunu vurğulayıb.
