Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Banner

Elçibəylə Nizami Süleymanovun rəqib olduğu seçki debatı –

User 06 Avqust 2024 - 14:58 (Last updated: 21 May 2025 - 20:15)
prez05 esas

32 il əvvəl -1992-ci ilin iyunun 7-də Azərbaycanda keçirilmiş prezident seçkiləri SSRİ dağıldıqdan sonra müstəqil ölkənin ilk siyasi addımı olub. 

Azpost.info bildirir ki, çox mürəkkəb siyasi şəraitdə və hakimiyyət böhranı vəziyyətində baş tutmuş bu seçkidə ölkənin tanınmış siyasi xadimləri namizəd olaraq qatılıblar. Ayaz Mütəllibovun martın 5-də istefasından sonra təyin olunmuş seçkilər Azərbaycan ictimai-siyasi həyatında bir sıra sınaqlarla müşaiyət olunub. Həmin ilin may ayında Şuşa və Laçının erməni silahlı qüvvələri tərəfindən işğal olunması, Ayaz Mütəlliibovun ikinci dəfə hakimiyyətə qayıtmaq cəhdi, AXC-nin rəhbərliyi ilə hakimiyyətin dəyişdirilməsi bu prosesin mürəkkəb məqamlarındandır.

Bütün bunlara baxmayaraq prezident seçkisi təxirə salınmayıb. İyunun 7-nə təyin edilmiş bu seçkilərdə 5 namizəd olub. Prosesin favoriti AXC-nin namizədi Əbülfəz Elçibəy sayılrıdı. Onun rəqibləri Ali Sovetin sabiq sədri Yaqub Məmmədov, ədliyyə naziri İlyas İsmayılov, alim Nizami Süleymanov, Rafiq Turabxanoğlu prezident postu uğrunda mübarizə aparıb.

“Youtube”da 215 KL studiyasının sabiq əməkdaşı olmuş Sabiroğlu öz arxivindən prezidentliyə namizədlərin AZTV-də canlı efirdə yayımlanmış debatı ilə ilə bağlı arxiv görünütlərini paylaşıb.

Bu kadrlarda prezidentliyə 4 namizəd jurnalistlərin suallarına cavablandırır, öz seçki vədlərini açıqlayırlar. Debatda yalnız bir nəfər – AXC-nin namizədi olan Əbülfəz Elçibəy iştirak etməyib. Kadrlarda tanınmış jurnalistləri görmək mümkündür.

Qeyd edək ki, 1992-ci ilin iyunun 7-də keçirilmiş prezident seçkilərində AXC-nin namizədi Əbülfəz Elçibəy qalib gəlib. 1 ildən sonra polkovnik Sürət Hüseynovun Gəncədə qaldırdığı hərbi qiyam nəticəsində hakimiyyətdən devrilib.

Siyasi rəhbərliyin dəvəti ilə Naxçıvandan Azərbaycana dəvət olunmuş Ali Məclisin sədri Heydər Əliyev Ali Sovetin sədri seçilib. O, siyasi və hərbi böhranı həll edə bilib.  1993-cü ilin oktyabrında Azərbaycanda keçirilmiş prezident seçkilərində Heydər Əliyev dövlət başçısı seçilib.

Azpost.info həmin görüntüləri təqdim edir:

https://www.youtube.com/watch?v=BIGlIJlttc8

Post navigation

Previous: Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
Next: Mariya Stadnik 1/4 finala çıxıb –

Oxşar xəbərlər

kelbecer
  • Banner
  • Sosial

“Türkiyə Azərbaycana helikopter vermədi” iddiası doğrudurmu? –

User 12 Mart 2026 - 19:46
ziya bunaydov elcibey
  • Banner

Azərbaycanın Rusiyaya birləşdirilməsinə etiraz edən iki məşhur alimə necə cəza verilib? –

User 22 Fevral 2026 - 10:00
mumiya esas
  • Banner

Firon sərdabələrini açan alimlər niyə ölürdülər? –

User 17 Fevral 2026 - 20:27

xƏBƏR

ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi

User 08 Noyabr 2026 - 13:56
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında...
Read more about Ərdoğan Azərbaycana səfərə gəldi
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.