Türkiyədə meymunçiçəyinə yoluxma şübhəsi ilə bir nəfər karantinə alınıb

Türkiyənin Sakarya bölgəsində Seneqal vətəndaşı meymunçiçəyinə yoluxma şübhəsi ilə karantinə cəlb edilib.

Onun dərisində əmələ gələn qabarcıqlar meymunçiçəyinə yoluxma şübhələrini artırıb və o Sakaryanın Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, meymunçiçəyinin əlamətləri qızdırma, baş, bel və əzələ ağrıları, şişkinlik, zəiflik, halsızlıq, dəridə qabarcıqlar, öskürək, burun tutulması və titrəmədir. Bu nadir virus insanlara yaxın təmas, eləcə də heyvan vasitəsilə yoluxa bilir(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.