Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

“Erməni kilsəsi Azərbaycana münasibətdə yeni problemlərə zəmin yaradır” –

User 17 Avqust 2024 - 16:46 (Last updated: 21 May 2025 - 20:15)
pasinyan kilse

Nikol Paşinyan hakimiyyətini tənqid edən erməni kilsəsi Ermənistanın bu gün düşdüyü ağır vəziyyətdən çıxması üçün heç bir yeni ideya irəli sürə bilmir. Kilsə erməni xalqının maraqlarını dəstəkləmək əvəzinə, qonşu dövlətlərlə ikitərəfli münasibətlərdə daha böyük problemlərə zəmin yaradır.

Bu fikri Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki Mehmet Oğuzhan Tulun səsləndirib.

Ekspert xatırladıb ki, 44 günlük Vətən müharibəsindəki məğlubiyyətdən sonra Nikol Paşinyanın hökuməti əvvəlki hakimiyyətin Ermənistanı regional əməkdaşlıqdan təcrid edən siyasətindən əl çəkmək kursunu götürüb.

AVİM-in analitiki kilsə ilə Paşinyan hökuməti arasında münasibətlərin 2018-ci ildən pisləşdiyini, 2023-cü ildən isə din xadimlərinin bir növ müxalif siyasi partiya rolunda çıxış edərək hakimiyyəti açıq şəkildə tənqid etməyə başladığını xatırladaraq deyib: “Paşinyanın bu istiqamətdə atdığı addımlar təkcə radikal müxalifət tərəfindən deyil, həm də erməni kilsəsi tərəfindən qəbul edilmir”.

Tulun qeyd edib ki, kilsə nümayəndələri Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdan imtina etməyi tələb edərək, Paşinyanın əleyhdarları ilə görüşlər keçirməyə başlayıblar.

Onun sözlərinə görə, İrəvanın Ankara və Bakı ilə dialoqu son nəticədə Ermənistanın mövcud sərhədlərinin məntiqi olaraq qəbul edilməsinə, “Qərbi Ermənistan” və 1915-ci il hadisələri ilə bağlı hər hansı xatırlatmanın rəddinə, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi rəsmən tanınmasına və anklav əraziləri məsələsinin həllinə gətirib çıxarmalıdır.

Türkiyəli analitik qeyd edib ki, uzun müddət Ermənistan əhalisinin əksəriyyətinə Türkiyə, Azərbaycan, eləcə də Gürcüstan və İran ərazilərinin bir hissəsinin “ermənilərin tarixi torpaqları” olması barədə yanlış fikir aşılanıb. O vurğulayıb: “Birinci Qarabağ müharibəsinin nəticələri “güclü erməni xalqı” mifini təbliğ edirdi. İkinci Qarabağ müharibəsi bütün bu saxta iddiaları puça çıxardı, ermənilərin gözünü açdı, həmin məntiqsiz və dağıdıcı ideologiyaya son qoydu”.

AVİM-in eksperti daha sonra qeyd edib ki, Nikol Paşinyanın “islahatları” yolunda Ermənistanın 1995-ci ildə qəbul edilmiş və 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edən hazırkı Konstitusiyanın dəyişdirilməsi kimi çətin missiya dayanır. “Bəyannamə təkcə Azərbaycanın bütövlüyünü deyil, 1921-ci il Moskva və Qars müqavilələrini də rədd edir ki, bu da Türkiyə-Ermənistan sərhədinin tanınmaması deməkdir. Eyni sənəd Osmanlı dövlətində 1915-ci il “soyqırımı” uydurmasının təbliğinə də çağırır”.

Ekspert qeyd edib ki, Ermənistanın Əsas Qanununda bu sənədə istinad mövcud olduqca, bu ölkənin Konstitusiya məhkəməsi Türkiyə və Azərbaycanla ziddiyyətlərin həlli istiqamətində istənilən addımın qarşısını ala biləcək. Analitik bildirib ki, analoji vəziyyət 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair Sürix protokollarının nümunəsində özünü büruzə verib.

Erməni kilsəsi məsələsinə qayıdan analitik qeyd edib ki, Ermənistan ətrafında status-kvonun siyasi və hüquqi dəyişikliyi istiqamətində atılan istənilən addımlar təkcə bütün ermənilərin katolikosu II Qaregin deyil, həm də bütün türklərə nifrəti ilə tanınan Kilikiya katolikosu I Aramın kəskin narazılığına səbəb olub. O əlavə edib: “Erməni kilsəsinin nümayəndələri siyasətçilər kimi çıxış edərək, İrəvanın Ermənistanın regional təcridinə doğru kursunu dəyişməz saxlamağa çalışırlar ki, bu da Ankara və Bakı ilə danışıqlara təsir edir. İki ildən sonra Ermənistanda keçiriləcək seçkilər Paşinyanın rəqiblərinə dəstəyin səviyyəsini nümayiş etdirəcək”.

Tulun əmindir ki, Türkiyə Ermənistanda hökumət əleyhinə son aksiyalara Daşnaksütyun partiyasına yaxınlığı ilə tanınan arxiyepiskop Baqrat Qalstyanın rəhbərlik etdiyini nəzərə alıb. Belə ki, həmin daşnaklar terrorçuları dəstəkləməklə və JCAG kimi qanlı təşkilatlar yaratmaqla tanınır. 1970-1980-ci illərdə həmin təşkilatın üzvləri dünyanın müxtəlif ölkələrində türk diplomatlarını qətlə yetiriblər. Bu baxımdan, 1982-ci il yanvarın 28-də Türkiyənin Los-Ancelesdəki baş konsulu Kemal Arıkanın qətlində təqsirli bilinən terrorçu Hampiq Sasunyanın da Qalstyanın tərəfdarları sırasında olması heç də təsadüfi deyil.

“Hökumətdən fərqli olaraq, erməni kilsəsinin nümayəndələrinin siyasi təcrübəsi yoxdur və bu da korafəhm siyasi addımların dəstəklənməsinə gətirib çıxarır. Onlar başa düşə bilmirlər ki, Ermənistanın düşdüyü çətin vəziyyətin əsas səbəbi əvvəlki hakimiyyətin səhvləri ilə bağlıdır”, – deyə AVİM-in eksperti vurğulayıb.

Post navigation

Previous: Ukrayna “Kursk” AES-ə zərbə endirməyə hazırlaşır –
Next: Məşhur “Avatar” filminin  yeni bölümünün çəkilişləri başlanır

Oxşar xəbərlər

seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50

xƏBƏR

ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçiriləcək. Azpost.info təqdim edir.     AzPost.az
Read more about Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.