Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Avqustun 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 1 pulemyot, 21 tüfəng, 2 patron darağı və 38 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Bu barədə DİN mətbuat xidməti məlumat yayıb.