“Eurohome”da dükanları yanan sahibkarlar etiraz aksiyası keçirib –FOTO

Yanmış “Eurohome”ticarət mərkəzindəki dükanları yananlar etiraz aksiyası keçirib.

Azpost.info Azadlıq Radiosuna istinadən bildirir ki, sahibkarlar yanmış ticarət mərkəzinin qarşısına toplaşaraq Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək kömək xahiş ediblər.

Zərər çəkmiş sahibkarlar yanğınla bağlı rəsmi komissiyanın yaradılmasını və burada dəymiş ziyanın müəyyən olunmasını istəyirlər.

Aksiya iştirakçıları deyiblər ki, dünən onlar Prezident  Administrasiyasında olublar: “Biz Mehriban xanıma müraciət edirik.  Dəstək istəyirik. İnşallah sözümüz eşidilər”.

Sahibkarlar “Diglas” Ticarət Mərkəzi yanan zaman iş adamlarına edilən köməyi xatırladıblar.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müsavat namizəd siyahısını dekabrın 16-da açıqlayacaq –

Sonrakı məqalə

MSK 3 müxalifət partiyasının səlahiyyətli nümayəndələrini qeydə aldı –