Rusiyanın xalq artisti Leonid Remnev vəfat edib.
Azpost.info bildirir ki, onun ölümü barədə “VKontakte” sosial şəbəkəsində Rusiya Teatr Xadimləri İttifaqının Nijni Novqorod bölməsinin əməkdaşları məlumat yayıb.
Aktyor Nijni Novqoroddakı Gənc Tamaşaçılar Teatrında tamaşa zamanı halı pisləşib. O, “Vassa” tamaşasında iştirak edirmiş. Teatrın əməkdaşları təcili yardım çağırsalar da, teatra gələn həkimlər Remnevi xilas etməyə vaxt tapmayıblar.
Onun 77 yaşı var idi.
Xatırladaq ki, Remnev 1972-ci ildən Nijni Novqorod Gənclər Teatrında çalışıb və 100-dən çox rol oynayıb.
2002-ci ildə Rusiyanın xalq artisti adına layiq görülüb.