2 avqust 2024-cü il tarixində Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Bölgələrdə fəaliyyət göstərən QHT-lərə yardım” layihəsi çərçivəsində Quba rayonunda keçirilən üç günlük təlimlər başa çatıb.
Təşkilat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi orta qrant proqramı çərçivəsində maliyyələşdirilən “Bölgələrdə fəaliyyət göstərən QHT-lərə yardım” layihəsini çərçivəsində Quba rayonunda keçirilən üç günlük təlimlərdə Quba və Qusar rayonlarından olan 15 QHT nümayəndəsi iştirak edib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
