Nazarbayevin qardaşı gəlininə 12 il həbs cəzası verilib-FOTO

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldının həyat yoldaşı Gülmira Satıbaldı 12 il müddətinə azadlıqdan məhrum edilib.

“Sputnik-Kazakhstan”-nın xəbərinə görə, məhkəmənin qərarı ilə onun əmlakı da müsadirə olunacaq.

G. Satıbaldı hədə-qorxu ilə tələb etmə, özbaşınalıq və qanunsuz olaraq azadlıqdan məhrumetmədə ittiham olunur. Bu cinayət işində adı hallanan Madi Batırşayeva isə 9 il həbs cəzası alıb.

Qeyd edək ki, avqustun 16-da onun həyat yoldaşı Kayrat Satıbaldının barəsində çıxarılmış 6 il həbs cəzası şərti hesab edilib və O, azadlığa buraxılıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.