Rusiya hakimiyyəti “Rosfinmonitorinq”ə rusların əmlakı haqqında məlumatlara çıxışı təmin edəcək.
Azpost.info xəbər verir ki, bu barədə “İzvestiya”ya komissiyaya yaxın mənbə bildirib.
Prosedur əmlak sahiblərinin xəbəri olmadan həyata keçiriləcək.
Məlumata görə, “Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında” qanuna müvafiq dəyişikliklər sentyabrın 10-da qanunvericilik fəaliyyəti üzrə hökumət komissiyası tərəfindən təsdiqlənib.
“Rosfinmonitorinq” qeyd edib ki, rusların daşınmaz əmlakı haqqında məlumat təkcə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə bağlı deyil, müxtəlif cinayətlər üzrə əməliyyat-istintaq fəaliyyəti üçün tələb oluna bilər.
Azpost.info