“Qarabağ”ı aparan avtobus Londonda tıxaca düşüb, oyunun vaxtı dəyişdi

Avropa Liqasının Liqa mərhələsinin “Tottenhem” – “Qarabağ” oyununun vaxtı dəyişdirilib.

Apasport.az xəbər verir ki, matçın keçiriləcəyi Londonda yaranan böyük tıxac təmsilçimizin qarşılaşmanın baş tutacağı “Tottenhem Hotspur” stadionuna planlaşdırılan vaxtda çata bilməsinə mane olub.

Buna görə də UEFA nümayəndələri görüşün Bakı vaxtı ilə 23:00 deyil, 23:35-də start götürməsinə qərar veriblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.