“Neftçi” “Kəpəz”ə uduzdu

Azərbaycan Premyer Liqasında 9-cu turun açılış oyununda “Kəpəz” “Neftçi”ni qəbul edib.

Tovuz şəhər stadionunda keçirilən oyunda 7 qol vurulub.

Meydan sahibləri gərgin keçən matçda qələbə qazanıblar – 4:3. Bu qələbə sayəsində turnir cədvəlinin sonuncu sırasında qərarlaşan “Kəpəz” hesabına ilk 3 xalı yazdırıb.

“Neftçi” isə 5 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər görüşləri oktyabrın 5-6-da keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.