QHT yeniyetmələrdə zehni oyunlarla bağlı layihəni davam etdirir –FOTO

“Oriqami“  uşaq və yeniyetmələr ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində Sabunçu rayonu Maştağa, Nardaran və Bilgəh  qəsəbələrində “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin icrasını davam etdirir.

“Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin Fəaliyyət  Planına uyğun olaraq 04 oktyabr 2024-cü il ildə  Sabunçu rayonu Maştağa qəsəbəsi 255 № li tam orta məktəbdə pedaqoji heyətin üzvlərinin iştirakı ilə  təqdimatı və 20 nəfər şagird (10 oğlan 10 nəfər qız)  arasında  Anket-Sorğusu keçirilib.

04.10.2024-cü il  saat 11-00 – da könüllülük prinsipi əsasında, şəxsi həvəs və maraqlarına uyğun olaraq, məktəbin VIIIc sinif şagirdlərindən ibarət qrup sinif otağında toplaşıblar. Layihənin rəhbəri N.Nəcəfov müəllimlərə layihə barədə ətraflı məlumat verdi, məkiəbin İctimai lövhəsində layihənin Posterinin ümumi baxış üçün vürülduğunu bildirdi,layihə çərçivəsində hazırlanmış çap məhsulları – Sertifikat, Diplom, Roll up, stolüstü məlumat daşıyıcıları, vımpel və layihə iştirakçılarının rəğbətləndirilməsi üçün loqolu geyim dəsti loqolu hədiyyə çantası, şahmat dəstlərini, domino dəstini nümayiş etdirdi.

Müəllimlərin, iştirakçıların yaş həddi, tədbirlərdə iştirakı barədə suallarına cavab verdi. Təqdimatda 255 №-li tam orta məktəbin direktoru M.Məmmədova çıxış etdi. O, çıxışında, şagirdləri məktəbdə keçirilən ictimai tədbirlərdə fəal iştiraka çağırdı. Təqdimatda  pedaqoji heyətin 9 üzvü iştirak edirdi.

255 №-li tam orta məktəbin  VIIIc sinif otağında “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsi çərçivəsində məktəblilərin asudə vaxtının təşkilində meyil, maraq və həvəslərini öyrənmək məqsədi ilə Anket Sorğusu keçirildi. Şagirdlər, 20 dəqiqə ərzində, Anket Sorğunun suallarına cavab verdilər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.