Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə, İran birgə Bəyannamə imzalayacaq

User 18 Oktyabr 2024 - 09:59 (Last updated: 21 May 2025 - 20:15)
1729242301751244440_1200x630

İstanbulda “3+3” platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan – Rusiya, Türkiyə, İran) Cənubi Qafqaz üzrə iclasının yekunları üzrə birgə bəyannamənin qəbulu planlaşdırılır.

Azpost.info bildirir ki, bu barədə diplomatik mənbələrə istinadən TRT Haber telekanalı məlumat yayıb.

Sənəddə region ölkələrinin mövcud problemlərin dialoq yolu ilə həllinin vacibliyi, suverenlik və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, güc tətbiqi təhlükəsinin qadağan edilməsi və insan hüquqlarına hörmətlə yanaşmanın vacibliyi vurğulanacaq.

Telekanal qeyd edir ki, görüş iştirakçıları iqtisadi əməkdaşlığın genişləndirilməsi, o cümlədən regional nəqliyyat dəhlizlərinin yaradılması məsələsi üzrə də çıxış edəcəklər.

“3+3” platformasının iclasında Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirakçıları qəbul edəcək.

Gürcüstan “3+3” platformasının iclasında iştirakdan imtina edib.

Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə prezidentləri tərəfindən irəli sürülüb. Xarici işlər nazirləri səviyyəsində sonuncu görüş 2023-cü ilin oktyabrında Tehranda keçirilib.

Post navigation

Previous: HƏMAS liderinin həyatının son dəqiqələri –
Next: Blinken HƏMAS liderinin qətlinə görə İsrail prezidentini təbrik edib

Oxşar xəbərlər

market
  • Baş Yazı

Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb?

User 28 Oktyabr 2026 - 14:34
enerji
  • Baş Yazı

Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır?

User 28 Oktyabr 2026 - 12:26
ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.