“Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi müəyyən suallar doğurur”.
Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisi Maykl Karpenteri qəbul edərkən deyib.
Prezident bildirib ki, sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olub: “Ölkəmiz regional sülh gündəliyini dəstəkləyir”.
Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur.
Prezident qeyd edib ki, Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddiaları sülh müqaviləsinin imzalanması yolunda başlıca maneədir.
İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğulayıb.