Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib

User 27 Oktyabr 2024 - 11:00 (Last updated: 21 May 2025 - 20:15)
ilham gurcu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələri və ölkənin aparıcı siyasi qüvvəsi olan “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qələbəsi münasibətilə Baş nazir İrakli Kobaxidzeni təbrik edib.

Dövlətimizin başçısı təbrik məktubunda bildirib: “Bu səsvermə vasitəsilə Gürcüstan vətəndaşları inkişafa, sabitliyə və ənənəvi dəyərlərə öz dəstəyini ifadə etdilər. İnanıram ki, seçkilərin nəticələri Gürcüstanın hərtərəfli inkişafına və çiçəklənməsinə xidmət edəcəkdir.

Eyni zamanda, seçkilərin nəticələrinin tarixən dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamımı ifadə edirəm.

Siyasi dialoqumuzu davam etdirmək üçün Sizi münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Əminəm ki, ölkələrimizin və xalqlarımızın firavanlığı, regionumuzun rifahı və təhlükəsizliyi naminə strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı fəaliyyətimizin müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”.

Prezident İlham Əliyev Baş nazir İrakli Kobaxidzeyə ən xoş arzularını çatdırıb, dost Gürcüstan xalqına daim əmin-amanlıq və rifah diləyib.

Post navigation

Previous: Gürcüstanda parlament seçkilərində “Gürcü Arzusu” partiyası qalib gəlib
Next: Sabirabadda ana ölümü ilə bağlı rəsmi açıqlama verilib

Oxşar xəbərlər

BUDCE02
  • Baş Yazı

Azərbaycanda 2026-cı ildə 7,28 milyard manat hara xərclənib? – TƏHLİL

User 09 Noyabr 2026 - 14:05
Pensiyaçı
  • Baş Yazı

2027-ci ildə pensiyaya çıxmaq istəyənləri nə gözləyir? – Yaş həddi və yeni qaydalar

User 09 Noyabr 2026 - 11:51
ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45

xƏBƏR

sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
Araşdırmaçı jurnalist Sücəddin Şərifova ağır itki üz verib.  Azpost.info bildirir ki, onun atası Vaqif Şərifov vəfat edib....
Read more about Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib
Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi? rus ukr danisiq
  • Dünya

Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?

User 09 Noyabr 2026 - 17:06
Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur orban
  • Dünya

Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur

User 09 Noyabr 2026 - 16:53
Varlı olmaq üçün hansı xarakterə sahib olmaq lazımdır? – Maraqlı araşdırma varli03
  • Maraqlı

Varlı olmaq üçün hansı xarakterə sahib olmaq lazımdır? – Maraqlı araşdırma

User 09 Noyabr 2026 - 16:44
Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi? erdoqan tramp02
  • Dünya

Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?

User 09 Noyabr 2026 - 15:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.