Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Varlı olmaq üçün hansı xarakterə sahib olmaq lazımdır? – Maraqlı araşdırma

User 09 Noyabr 2026 - 16:44
varli03

Böyük Britaniya və Norveçdən olan mütəxəssislər insanın xarakter xüsusiyyətlərinin gəlir səviyyəsinə necə təsir etdiyini müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırma aparıblar. Nəticələr göstərib ki, müəyyən xarakter keyfiyyətləri cinsindən, təhsilindən və yaşadığı yerdən asılı olmayaraq insanın maddi rifahına müsbət təsir göstərir.

Bu barədə Wiley resursu yazır.

Araşdırma necə aparılıb?

Tədqiqatda 31-50 yaş aralığında olan 3 mindən çox insan iştirak edib. İştirakçılara şəxsiyyətin əsas xüsusiyyətlərini qiymətləndirməyə imkan verən “Böyük beşlik” (Big Five) testindən keçmək təklif olunub.

Bundan əlavə, onlar gəlirləri, yığımları, investisiyaları, təhsil səviyyələri, yaşları və yaşadıqları yerlər barədə ətraflı məlumat təqdim ediblər.

“Böyük beşlik” testi nədir?

Araşdırma şəxsiyyətin beş əsas xüsusiyyətinə əsaslanıb:

-Ekstraversiya – ünsiyyətə meyillilik, fəallıq və təşəbbüskarlıq.

-Xoşməramlılıq – empatiya qurmaq, başqalarının hisslərini anlamaq və münasibətlər yaratmaq bacarığı.

-Vicdanlılıq və məsuliyyətlilik – planlaşdırma, məsuliyyət daşımaq və təşkilatçılıq qabiliyyəti.

-Nevrotiklik – emosional qeyri-sabitlik və narahatlığa meyillilik.

-Yeniliyə açıqlıq – bilik əldə etməyə həvəs, yaradıcılıq və dəyişiklikləri qəbul etmək bacarığı.

Kimlər daha çox pul qazanır?

Məlumatları təhlil edən alimlər belə qənaətə gəliblər ki, maliyyə uğuruna çatmaq üçün ən əhəmiyyətli xarakter xüsusiyyəti vicdanlılıq və məsuliyyətlilikdir. Yüksək təşkilatçılıq qabiliyyətinə və özünənəzarətə malik insanlar, bir qayda olaraq, maliyyə sahəsində daha yaxşı nəticələr əldə edirlər. Bu, hətta onların ali təhsil diplomu olmadığı halda da müşahidə olunur.

İkinci yerdə ekstraversiya, yəni ünsiyyətcillik dayanır. Fəal və ünsiyyət qurmağı bacaran insanlar işgüzar əlaqələri daha asan yaradır, inkişaf imkanlarını daha tez tapırlar. Lakin araşdırma göstərir ki, təkcə ünsiyyətcil olmaq yüksək gəlirə zəmanət vermir.

Varlanmağa mane olan xüsusiyyət

Maliyyə sabitliyinə nail olmaq qarşısında ən böyük maneə nevrotiklik hesab edilib. Yüksək narahatlıq və emosional qeyri-sabitlik səviyyəsinə malik insanlar qərar qəbul etməkdə, karyera qurmaqda və pullarını idarə etməkdə daha çox çətinlik çəkirlər.

Alimlərin gəldiyi nəticə

Tədqiqatçılar vurğulayıblar ki, maliyyə rifahı insanın cinsindən demək olar ki, asılı deyil, sosial mənşə ilə əlaqəsi isə zəifdir. Əsas amillər şəxsi intizam, məqsədyönlülük və strateji düşüncədir. Məhz bu keyfiyyətlər insana yalnız pul qazanmağa deyil, həm də qazandığı vəsaiti düzgün idarə etməyə kömək edir.

İmpulsivlik və özünə inamsızlıq isə uğura gedən yolu xeyli ləngidə bilər.

Sunay Aydın

AzPost.az

Post navigation

Previous: Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?
Next: Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur

Oxşar xəbərlər

pehriz
  • Maraqlı

Arıqlamağa mane olan beş vərdiş

User 09 Noyabr 2026 - 13:48
seher yemeyi
  • Maraqlı

Səhər yeməyində bu 8 qidanı yeməyin – Təzyiqi yüksəldə, ürəyə zərər verə bilər

User 09 Noyabr 2026 - 12:04
burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16

xƏBƏR

orban
  • Dünya

Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur

User 09 Noyabr 2026 - 16:53
Macarıstanın keçmiş baş naziri Viktor Orbanın qardaşı saxlanılıb. Bu barədə ölkənin baş naziri Peter Magyar məlumat verib....
Read more about Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur
Varlı olmaq üçün hansı xarakterə sahib olmaq lazımdır? – Maraqlı araşdırma varli03
  • Maraqlı

Varlı olmaq üçün hansı xarakterə sahib olmaq lazımdır? – Maraqlı araşdırma

User 09 Noyabr 2026 - 16:44
Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi? erdoqan tramp02
  • Dünya

Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?

User 09 Noyabr 2026 - 15:26
Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir” ozgur ozel
  • Dünya

Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir”

User 09 Noyabr 2026 - 15:01
İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var – YENİLƏNİB zavod partl
  • Dünya

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var – YENİLƏNİB

User 09 Noyabr 2026 - 14:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.