“İnsanlıq naminə atəşi dərhal dayandırmağa çağırıram” –BMT Baş katibindən İsrailə çağırış

“İsrailin Qəzzanın şimalında keçirdiyi hərbi əməliyyatların yaratdığı dağıntılar oradakı Fələstin əhalisinin həyat şəraitini dözülməz edir”.

Azpost.info bildirir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quttereş bildirib.

Baş katib deyib ki, bu münaqişə beynəlxalq humanitar hüququn tələbləri nəzərə alınmadan davam etdirir: “İnsanlıq naminə atəşkəsin dərhal dayandırılmasına çağırıram. Bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi və cinayətlərə görə beynəlxalq hüquq normalarına uyğun cavabdehlik verilməsi çağırışımı təkrar edirəm”.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.