Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edib

User 05 Noyabr 2024 - 10:39 (Last updated: 21 May 2025 - 20:15)
bakcel

İnnovasiya və sürət lideri “Bakcell” ölkənin ilk rəqəmsal bankı “Birbank” ilə əməkdaşlıq çərçivəsində yeni “Birinci” tarif paketini təqdim edir.

Abunəçilər “Birbank” mobil tətbiqinə “Bakcell” nömrəsi əlavə etməklə “Birinci” tarifinə qoşula, onu idarə edə və dərhal “Trendyol”, “Umico”, “Birbank” və “M10” kimi platformalarda xüsusi üstünlüklərdən yararlana bilərlər. “Birinci” tarifi daxilində “Bakcell” müştərilərinə ölkədaxili zənglər üçün dəqiqələr, əsas internet balansı, sosial şəbəkələr üçün əlavə internet balansı təqdim olunur. Bundan əlavə, tarifə qoşulan abunəçilər “Trendyol”da alış-veriş zamanı ayda 2 dəfə 10% endirim və ödənişsiz “Umico Premium” abunəliyi əldə edəcəklər.

Eyni zamanda, müştərilər “Birbank” kartları ilə əməliyyatlar və “m10”la QR ödənişlər zamanı əlavə keşbek qazanacaqlar. “Birinci” tarifinin başlanğıc qiyməti 6.9 AZN-dir.

Qeyd edək ki, “Bakcell” abunəçiləri “Birinci” tarifinə yalnız “Birbank” mobil tətbiqi vasitəsilə qoşula bilərlər. Tarif paketi ilə bağlı ətraflı məlumatı “Bakcell” və “Kapital Bank”ın rəsmi saytlarından və ya sosial şəbəkə hesablarından əldə etmək olar.

Gələcəyə hədəflənən yeni brend strategiyası ilə “Bakcell” ölkəmizdə abunəçilərə innovativ xidmət və məhsullar təqdim edir. Şirkət qarşıdakı dövrdə bir sıra yeni məhsulları abunəçilərinin ixtiyarına verəcək.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Post navigation

Previous: Milla Yovoviç məşhur “Alatoran” filmində –
Next: Opera və Balet Teatrının baş dirijoru Çində beynəlxalq Forumda çıxış edib

Oxşar xəbərlər

Gmail
  • Media

Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb

User 17 Noyabr 2026 - 22:55
ƏSAS FOTO 800x500 (15)
  • Media

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

User 17 Noyabr 2026 - 18:11
memur33
  • Media

Azərbaycanda QHT-lər yenidən qeydiyyata alınacaq

User 17 Noyabr 2026 - 00:23

xƏBƏR

tramp putin si gorus stol etrafi
  • Dünya

Rusiya, Çin və ABŞ dövlət başçıları Sülh haqqında Bəyannamə qəbul edib

User 19 Noyabr 2026 - 15:02
Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib. Kreml bəyannamənin tam...
Read more about Rusiya, Çin və ABŞ dövlət başçıları Sülh haqqında Bəyannamə qəbul edib
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib ilham aliyev
  • Siyasət

İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

User 19 Noyabr 2026 - 14:20
Rusiya, Çin və ABŞ liderləri arasında üçtərəfli görüş başa çatıb tramp putin si02
  • Dünya

Rusiya, Çin və ABŞ liderləri arasında üçtərəfli görüş başa çatıb

User 19 Noyabr 2026 - 14:19
Azərbaycanda ən çox bu ərzaqlar bahalaşıb – Qiymətlərdəki artımın detalları qida01
  • İqtisadiyyat

Azərbaycanda ən çox bu ərzaqlar bahalaşıb – Qiymətlərdəki artımın detalları

User 19 Noyabr 2026 - 13:49
2035-ci ildə dünyada müsəlmanların sayı xristianları ötəcək – Yeni proqnoz muselman
  • Din

2035-ci ildə dünyada müsəlmanların sayı xristianları ötəcək – Yeni proqnoz

User 19 Noyabr 2026 - 13:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.