Bayden yenə çaşdı, Anqolanı şəhər adlandırdı-VİDEO

ABŞ prezidenti rəsmi görüş zamanı yenə xoşagəlməz vəziyyətə düşüb. 

Azpost.info bildirir ki, Co Bayden Anqola prezidenti Juan  Lourenso ilə görüş zamanı coğrafi anlayışları qarşıdırıb və bununla bağlı çaşqınlıq yaşayıb.

Bayden Anqola prezidenti ilə görüşü zamanı Anqolanı şəhər adlandırb: “Bilirsiniz, Anqola parlaq bir şəhərdir! Yox, şəhər deyil. Şəhər, bilirəm, Anqola deyil, amma Anqolada parlaq şəhər var”-deyə Bayden dolaşıq cümlələrlə vəziyyətdən çıxmağa çalışıb.

Daha sonra o, evlərini tərk etmək məcburiyyətində qalan afrikalılara humanitar yardım üçün 1 milyard dollardan çox vəsait ayrıldığını açıqlayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.